Üskü mahalının Gəmiçi kəndinin girişində türk dilində vurulmuş lövhə naməlum şəxslər tərəfindən artıq bir neçə dəfə sındırılıb.
Türkcə “Gəmiçi Kəndinə xoş gəlmisiniz” yazılmış lövhə bir neçə il əvvəl kənd sakinlərinin xahişi ilə yerli idarəetmə orqanı tərəfindən əsas girişə vurulmuş və bundan əvvəl də bir neçə dəfə dağıdılmışdı.
Bu düşünülmüş hərəkət Azərbaycan mədəniyyəti və dilinin simvollarına münasibətlə bağlı narahatlığı bir daha artırıb. Kənd sakinləri kənd icra başçısından məhkəmə və hüquq-mühafizə orqanlarının araşdırması ilə bu dağıntının səbəbkarlarını müəyyənləşdirib təqdim etməyi xahiş ediblər.
Gəmiçi kəndi Şərqi Azərbaycanın Üskü şəhristanının İlxıçı mahalının tərkibindədir və Urmu gölünün güneyində Cəzirə kənd dairəsinin ən böyük kəndlərindən biridir.
visiontv.az