Füzulidə "Araz" qəzetinin redaksiyası bərpa olunacaq
12.04.2021

"Füzuli rayonunda "Araz" qəzetinin redaksiyası bərpa ediləcək". Visiontv.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov tvitter hesabında yazıb.

"Bura 1931-ci ildə Füzulidə yaradılan "Araz" qəzetinin redaksiyasıdır. O, Ermənistan işğalından əvvəl bölgədəki əsas media orqanı idi. İndi binanın fasadının yalnız bir hissəsi vandalizmdən xilas olub. Biz onu bərpa edəcəyik", - nazir qeyd edib.