Florensiyada azərbaycanlı rəssamın "Domesticated Red" əsəri nümayiş etdirilib
25.10.2021

Florensiyanin məşhur Fortezza Da Basso qalareyasinda 13-cü beynalxalq rəsm sərgisi start götürüb.

Açılış mərasimdə tanınmış incəsənət nümayəndələri və Florensiyanin rəsmi şəxsləri iştirak ediblər. Tədbirdə 40-dan artıq ölkənin 460 nümayəndəsinin 1000-ə yaxin əsərləri nümayiş olunur. Sərgi elə ilk gündən zövqləri oxşayan əsərlərlə ziyarətə gələnlərin diqqətini cəlb edib.

Bu mötəbər incəsənət yarışmasında ölkəmizi Milan Rəssamlıq Akademiyasının ilk azərbaycanlı məzunu Elay Məmmədov təmsil edib.

Elay Məmmədova media dəstəyi verən Neapol-Baki Assosiasiyasının həmsədri Elnur Camalxanovun visiontv.az saytına verdiyi məlimata görə, açılış mərasimdə tanınmış incəsənət nümayəndələri və Florensiyanin rəsmi şəxsləri iştirak ediblər: "Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə sərgiyə qatılan gənc rəssamımiz gizli üslubda yağlı boya ilə çəkdiyi "Domesticated  Red" əsərini nümayiş etdirilib. Fəlsəfi bir təxəyyülün məhsulu olan əsər hamı tərəfindən rəğbətlə qarşılanıb. Oktyabrın 28-dən isə Elay Məmmədovun daha bir rəsmi Torino beynəlxalq sərgisində nümayiş olunacaq". Tədbir oktyabrın 31-də başa çatacaq.