Fidel Kastronun tapşırığına məhəl qoymayaraq Kubada gizlin görüş keçirən Xalq şairi
06.05.2021

5 may 2021-ci ildə xalq şahiri Fikrət Qoca rəhmətə gedib. Onun haqqında çoxlu yazılar, müsahibələr var. Lakin çox az adam bilir ki, Fikrət Qocanın Kubada da seviblər. Onun şeirlərini orda tərcümə ediblər və haqqında Fidel Kastro da məlumatlı olub.

 Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olub, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr etmiş, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar") poemasını da yazıb. Qeyd edim ki, o, poema yazmamışdan qabaq 1968-ci ildə Kubada Azərbaycan mədəniyyət günləri keçirilir və 10 gün davam edən tədbirdə iştirak edən   yazıçılarımız arasında o vaxt hələ gənc olan Fikrət Qoca da olub. 

O,  bu siyahıya  SSRİ Yazıçılar Bilriyinə yazdığı məktuba görə düşür. Məktubda o, Kuba azadlıq hərəkatının lideri olan Ernesto Çe Gevara haqqında poema yazmaq istəyini bildirir və o zaman Sovet Yazıçılar Birlyinin daxilində olan xarici komissiya bu məktuba baxır və müsbət qərar verir. Buna görə də onu Kuba səfərinə dəvət edirlər. Səfərdən sonra Bakıya qayıdan Fikrət Qoca poemanı yazır və xüsusi komissiyaya göndərir. Poema sovetlər tərəfindən müsbət qəbul edilir və onun bir neçə nüsxəsi Havanaya göndərilir. Burada poema tərcümə edilir və yerli qəzetlərdə bu barədə yazı gedir. Fikrət Qocanın kitabı Çe Gevaranın ailəsinə də təqdim edilir. Tanımış inqliabçının ailəsi adından Moskvaya təşəkkür məktubu da ünvanlanır və onunla tanış olmaq istəyi bilinir. Sovet Yazıçılar Birliyi onun Kubaya gedərək Çe Gevaranın ailəsi ilə görüşmək və ölkə barədə ətraflı məlumat almaq üçün bir aylıq Fikrət Qocanın Kubaya ezamiyyətə göndərirlər. O burada bütün ölkəni gəzərək çıxışlar etməklə yanaşı inqilabla hakimiyyətə gələn kubalılar barədə ətraflı məlumatlar toplayır.

Sovet təbliğatı üçün lazım olan materiallar toplamaqla yanaşı Fikrət Qoca Çe Gevaranın ailəsi ilə görüşmək üçün cəhdlər edir. Fidel Kastronun kəskin təndqidçisi olan Çe Gevaranın kiçik bacısı Celianın nömrəsinə bir neçə dəfə zəng etməsinə baxmayaraq ona məlumat verilər ki, bəs Çe-nin ailəsi hazırda Kubada deyil. Fidel Kastro tapşırıq vermiş idi ki, Çe-nin ailəsi ilə heç kim görüşməli deyil. Çe-nin döyüş yoldaşları və dostları ilə görüşməsinə baxmayaraq onun ailəsini uzun müddət onunla görüşməyə qoymurlar. Lakin Fikrət Qoca inadından dönmür və tərcüməçi vasitəsilə inqilabçının kiçik bacısı  Celia Gevara ilə əlaqə yarada bilir və  gizli qalması şərtilə  görüş baş tutur. Oğlu ilə birlikdə  Çe-nin bacısı Celia  hava limanının otelində onunla otaqda görüşür.  Görüş zamanı şairə poema barəsində təşəkkür edən Celia Gevara Fidel Kastronun ona və ailəsinə baxmadığını, qardaşının adının tarixdən silinməsi üçün dövlət başçısının siyasət yeritməsini bildirir və xahiş edir ki, bu barədə Moskvaya məlumat verilsin. Poeması barədə Çe-nin bacısına məlumat verən Fikrət Qoca görüş zamanı Azərbaycan haqqında da ona danışır.

Görüşdən bir müddət sonra Fikrət Qoca Moskvaya, ordan da Bakıya geri dönür.

Ruhu şad olsun Şairin

Dosent Zaur Əliyev

Visiontv.az