"Facebook" zehin oxuma texnologiyasını təqdim edib
07.04.2021

Dünyanın ən böyük sosial media şirkəti olan Facebook, insanları virtual dünyada bir araya gətirməklə yanaşı genişlənmiş reallıq və virtual reallıq texnologiyalarında da öz sözün deyir. "Facebook Reality Labs"ın təqdimatına əsasən, Facebook zehin oxuma texnologiyaları üzərində də işləyir.

Visiontv.az bildirir ki, təqdimat zamanı yeni nəsil texnologiyaların prototiplərini göstərən Facebook, VR və AR-dən bir addım kənara çıxan zehin oxuma biləklərini təqdim edib. Hələ erkən inkişaf mərhələsində olan bu texnologiya, beyindən əllərimizə göndərilən nevroloji siqnalları oxuyaraq nə etmək istədiyimizi anlayacaq və hərəkəti virtual və ya artırılmış gerçəklikdə həyata keçirəcəkdir.

Sözügedən siqnalları təyin etmək üçün biləkliklərdən istifadə ediləcək.