Ərdəbil şəhərində sənət adamları və vətəndaş fəallarının sözlərinə görə Ərdəbilli rəssamların birgə səyi ilə Mürtəza Pərvinə dəstək və rəssamın İslam İnqilabı Məhkəməsinin 15-ci Şöbəsi tərəfindən 6 il müddətinə azadlıqdan məhrum edilməsinə etiraz olaraq təşkil edilən bu eksklüziv sərgidə Azərbaycan rəssamlarının və vətəndaş fəallarının əksəriyyəti iştirak edib.
Sözügedən sərgidə Morteza Pərvinin həbsxana mühitində minimal imkanlarla qələmlə çəkdiyi, əsasən abstrakt üslubda olan 40-dan çox rəsm əsəri sərgilənib.
Ziyarətçilər tərəfindən rəğbətlə qarşılanan bu əsərlərin satışından əldə olunan gəlir Evin həbsxanasında saxlanılan azərbaycanlı məhbusların dəstəklənməsinə sərf olunacaq.
Xatırladaq ki, Ərdəbil şəhər sakini, azərbaycanlı təsviri sənət mütəxəssisi və vətəndaş fəalı, 33 yaşlı Mürtəza Pərvin hazırda Evin zindanının 4-cü palatasının 3-cü otağında həbsdədir. Kəşfiyyat qüvvələri məhkəmə qərarı olmadan cənab Pərvinin atasının evinə girərək onu həbs etmişdilər.
Qeyd edək ki, Əbülqasım Sələvatinin sədrlik etdiyi Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi ədalətsiz hökmlə cənab Pərvinə 6 il həbs cəzası verib.
visiontv.az