“Etelaat” qəzeti Ermənistan və Azərbaycan arasında Zəngəzur dəhlizi ilə bağlı razılaşmaya dair İranda ayrı-ayrı şəxslərin açıqlama verməsinə etiraz edib. Qəzet yazır ki, "İranın xarici siyasət məsələləri üzrə rəsmi söz sahibi var, o da Xarici İşlər Nazirliyidir. İran İslam Respublikasının xarici siyasəti ilə bağlı ayrı-ayrı şəxslərin, təşkilatların, qurumların, xəbər agentliklərinin mövqeləri ölkənin rəsmi mövqeyi sayılmır.
Ermənistan dəhliz üzərində suverenliyə malikdir və dəhlizi tənzimləyən qanunlar və qaydalar Ermənistan hökumətinə məxsusdur. Dəhlizin idarə olunmasının hər hansı şirkət və ya dövlətə təhvil verilməsinin seçimi xarici siyasət idarəsinin səlahiyyətindədir və Ermənistan hökuməti və parlamentinin qərarıdır.
İran və Rusiya Şimal-Cənub dəhlizində əməkdaşlıq etdiyi kimi, bu əməkdaşlığın Azərbaycanla və digər qonşu dövlətlərlə heç bir əlaqəsi yoxdur".
visiontv.az