Ermənistanın növbəti hücumları istisna deyil
Ermənistanın növbəti hücumları istisna deyil
30.09.2022 MEDİA Tərəfindən

Ermənistanın Vaşinqtonun vasitəçiliyi ilə danışıqlar aparmasına baxmayaraq hücuma hazırlaşır. Əsas hədəfləri Azərbaycan qoşunlarının əvvəlki mövqeyə çəkilməsinə nail olmaqdan ibarətdir. Ermənistan ordusunun general-mayoru bununla bağlı əmr aldıqlarını qeyd edib.

Göründüyü kimi Ermənistanla danışaqlar aparmaq vaxt itkisidir. Ermənistan hakimiyyəti Azərbaycanla sülh müqaviləsinə getməyəcək. Çünki, N. Paşinyan daxili və xarici təzyiqlərdən çəkinir. Ermənistana Azərbaycan qoşunlarına qarşı bu kimi hücum etməyi Fransa və İran diktə edir. Çünki, Fransa və İran regionda Azərbaycan-Türkiyə tandeminin güclənməsini qəbul etmir.

Birinci, İran Azərbaycanın Zəngəzur dəhlizinin açılmasından narahatdır. Ona görə də Ermənistanı hücum etməyi, sülh müqaviləsi bağlamamasını təşviq edir. İkinci Fransa Türkiyənin regionda artan nüfuzuna qarşı Ermənistana dəstək verir. Ona görə də qısa bir müddətdə Ermənistan Azərbaycan qoşunlarına qarşı hücum etməsi mümkündür.

Fransa İran əməkdaşlığı Cənubi Qafqazda yeni reallıqları qəbul etməyərək,əvvəlki statusa düşməsinə gətirib çıxarmaq cəhdləri nəticə verməyəcək.

politoloq Məhəmməd Əsədullazadə

visiontv.az