Ermənistan Qarabağ iddiasından imtina etdi? - Elşən Feyzullayev
22.06.2021

Hər şey bitdi. Müharibənin ardınca seçki də bitdi. Nəticələr artıq bəllidir, bütün Ermənistan revanşitslərdən fərqli olaraq Paşinyanın qələbəsini qeyd etməyə hazırlaşır. Ermənistan müharbədən imtina etdi, elə Paşinyan da. Necə deyərlər, Ermənistan seçicilərinin son qərarı düşünməyə əsas verir ki, bir millət olaraq ermənilər Qarabağdan imtina etdi. Bu fikir Paşinyanın da Qarabağdan imtina edəcək kimi bir düşüncəyə gəlməsinə əsas verirmi?

Keçirilən parlament seçkisində xüsusi iradə göstərən ermənistan xalqı Paşinyana səs verməklə "Qarabağ klanı"na yox dedi. Dolasıyla revanşistlərin hakimiyyətə yolunu kəsən ermənilər, əslində Kremlin siyasətinə qarşı çıxdı. Bu gediş bizim də maraqlarımızla üst-üstə düşdüyündən Azərbaycanda seçkilər maraqla izlənildi. Paşinyanın qələbəsi tək Ermənistanı ağır məğlubiyyətdən sonra inkişaf müstəvisinə çıxarmadı, bu həm də Xocalı qırğınında əli xalqımızın qanına batan Köçəryanın hakimiyyətə yolunu bağlamış oldu. 

Bəs bundan sonra Ermənistanın xarici və daxili siyasəti hansı istiqamətdə olacaq?

Qərbyönümlü siyasətini davam etdirən Ermənistan bundan sonra istər Azərbaycanla, istərsə də Türkiyə ilə siyasətini necə quracaq? Bu həm də avantürist movqeydə olan qondarma rejimin rəhbərlərinə də aid olacaq. Müharibədən qaçan və onun zərərlərindən cana doyan bir xalq qonşu dövlətin ərazisində ikinci bir erməni dövlətinin yaranmasına əvəlki tək cəhd göstərəcək, yoxsa Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq?Seçkilər göstərdi ki, Paşinyan təqdim olunduğu kimi bambılı biri deyi və o bundan sonra da qərbyönülmü siyasətini davam etdirəcək. Türkiyə və Azərbaycanla münasibətlərin  yaxşılaşmasına çalışacaq. Çox guman ki, əvvəlki tək Zəngəzur dəhlizinin açılmasına əngəl olmayacaq. 

Bəs Rusiya bu məğlubiyyətlə barışacaqmı?

Məlum məsələdir ki, Seçkidən sonrakı proseslər gərginliyi bi az da artırıb. Koçəryanın tərəfdarları seçkilərin nəticələrini tanımadıqlarını bildirsələr də, Kreml artıq Paşinyanı qələbəsini tanıyıb və bu münasibətlə onu ilə təbrik edib. Bəs protokol icabı təbrikin arxasında Yerevan-Moskva münasibətləri bundan sonra hansı istiqamətdə davam edəcək? Bütün bu proseslər bizim Qarabağa bütünlüklə və birdəfəlik sahib olmağımıza səbəb olacaqmı?Müşahidələr deməyə əsas verir ki, Qərbin  və Türkiyənin  dəstəyi ilə Azərbaycan-Ermənistan ikitərəfli dialoqa başlasa və problemin həlli istiqamətində Azərbaycanın ərazi bütövlüyünü tanımaq yolunu tutsa, separatçı rejimlə bütün əlaqəni kəssə, müdaxilə faktorunu aradan qaldırmış olar.

Hazırda Ermənistan Paşinyanı seçməklə ilkin addım ataraq müharibədən, dolayısı ilə Qarabağa iddiadan imtina etdi.

Qaldı Qarbağdan imtinanı rəsmiləşdirmək. Sonrakı mərhələdə Ermənistan hansı yolla davam edəcək, onu isə zaman göstərəcək!

Visiontv.az