Ermənistan bəyanatdan çıxsa, nə baş verəcək?
Ermənistan bəyanatdan çıxsa, nə baş verəcək?
04.02.2023 Elxan Şahinoğlu Tərəfindən

Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan fevralın 3-də parlamentdə “Laçın yolunun bağlanmasıyla” bağlı keçirilən dinləmələrdə bir neçə təklif irəli sürüb: “Birincisi, Ermənistan Dağlıq Qarabağın müstəilliyini tanımalıdır. Onsuz da Azərbaycanla münasibətlərimiz düzəlməyəcək. İkincisi, xarici siyasət prioritetlərizimizi müəyyənləşdirməliyik, Rusiya və Qərb arasında vurnuxmamalıyıq. Üçüncüsü, Ermənistan 9 noyabr 2020-ci il bəyanatından çıxmalıdır. Onsuz da iki ildən sonra bəyanat qüvvədən düşəcək və Bakı bildiyini edəcək”.

2025-ci il yaxınlaşdıqca Qarabağda separatizmin sonunun gələcəyini anlamağa başlayıblar. Əslində baş nazir Nikol Paşinyan Qrant Baqratyanın “təklfilərini” reallaşdırmaq istəsə bizim işimizi asanlaşdıracaq. Ermənistanın “Dağlıq Qarabağın müstəqilliyini tanıyacağı” və ya 2020-ci il 9 noyabr bəyanatından çıxacağı halda Azərbaycan ordusuna 2025-ci ili gözlməyə ehtiyac qalmayacaq və Xankəndinə daxil olmaq tezləşəcək. Bunlar özlərini güclü hiss etdikləri illərdə  – işğal dövründə qorxularından “Dağlıq Qarabağın müstəqilliyini” tanımadılar. Hər il bu mövzunu parlamentin müzakirəsinə çıxaracaqlarını elan edər, sonradan müzakirələrdən vaz keçərdilər.

Çünki keçmiş illərdə “Dağlıq Qarabağın müstəqliiyini” tanımaq həm Minsk Qrupunun timsalında vasitəçilərdən imtina etmək, həm də Azərbaycana rəsmən müharibə elan etmək demək idi. Bu risqə getmədilər. İkinci Qarabağ müharibəsindən sonra zəif düşüblər, “Qarabağ klanı” Paşinyanın mövqeyini zəiflətmək üçün mövzular tapmağa çalışır. Həmin Qrant Baqratyan sabah Nikol Paşinyanı devirib özü baş nazir kürsüsündə otursa, bu gün dediklərini təkzib edəcək.

Elxan Şahinoğlu

Visiontv.az