Ermənilər Kəlbəcər istiqamətində atəşkəsi niyə tez-tez pozur? - Məhəmməd Əsədullazadə
Ermənilər Kəlbəcər istiqamətində atəşkəsi niyə tez-tez pozur? - Məhəmməd Əsədullazadə
24.07.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

Ermənistanın Kəlbəcərdə istiqamətində dövlət sərhəddində atəşkəsi pozması bir neçə prosesdən qaynaqlanır.

Birinci, Azərbaycanın sərhəddə möhkəmlənməsinə mane olmaq

İkinci, Fransa və Rusiyanın təhriki ilə Minsk qrupu həmsədrləri çərçivəsində danışıqların bərpasına nail olmaq. 

Üçüncü, Azərbaycan tərəfinin tələbələrinin əksinə olaraq böhranı davam etdirmək. 

Dördüncü, Beynəlxalq müstəvidə münaqişənin bitmədiyini və Azərbaycanın Ermənistan ərazisində olduğunu görüntüsünü yaratmaqdır. 

Moskva görüşündən sonra Rusiya rəhbərliyinin obyektiv açıqlamalarına baxmayaraq Kreml iki ölkə arasında sülh sazişinin imzalanmasında maraqlı deyil. Məhz Rusiyanın müdafiə nazirinin müavini Ermənistanda olduğunu nəzərə alsaq, erməni silahlı qüvvələrinin atəşkəsi pozması təsadüfi deyil. 

Hazırda Azərbaycana ciddi təzyiqlər var. Cənubi Qafqazda Avropa ittifaqı, ABŞ, Rusiya, Fransa hətta İranda öz maraqlarını qabarıq surətdə göstərir. Və hər biri problemi körükləməklə öz mövqelərinə uyğun olaraq idarə etməyə çalışır. Ermənistanın mövqelərinə uyğun olaraq Azərbaycana təzyiq siyasəti həyata keçirilir. Məhz sərhəddə  baş verənlər Ermənistana bu və ya digər müstəvidə siyasi dəstəyin nəticəsidir. Amma, bu kimi siyasi dəstək Ermənistanı daha da daxili siyasi böhrana yuvarlanmasına səbəb olacaq.

Bu təzyiqlər fonunda Türkiyə Azərbaycan tandemi  proseslərdə uğurlu qalibiyyət əldə etməsi mümkündür. Ermənistanın bütün cəhdləri nəticəsiz qalacaq və Azərbaycan tərəfi Minsk qrupunun fəaliyyətinə və digər şərtlərlə razılaşmaı gözlənilmir.

Visiontv.az