“Ermənilər bölgədə daşı daş üstə qoymayıblar” - Şentop
28.07.2021

“Dünyada erməni diasporunun qara təbliğatı aparılır. Sanki Azərbaycan onlara zülm edib, azərbaycanlılar zalım, ermənilər isə bu bölgədə mədəni, tamamilə məzlum bir xalqdır”. Visiontv.az xəbər verir ki, bunu “HaberGlobal”a müsahibəsində Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop deyib.

“Sadəcə oradakı yolları, abidələrdəki təxribatı görmək belə iftiranı sübut edir. İnsan məhsulu olan hər şeyi dağıdıblar. Şəhərləri yaşanmaz hala gətiriblər.  Sabah Şuşaya gedəcəyik. Digər şəhərlərdə daşı daş üstə qoymayıblar. Bu ziyarətlərin buraya diqqət çəkəcəyini düşünür və həqiqətləri göstərməyə çalışırıq”, - deyə Şentop deyib.