"Ərəb Baharı"nın 10 ili tamam olur - Kənan Rövşənoğlu
"Ərəb Baharı"nın 10 ili tamam olur - Kənan Rövşənoğlu
17.12.2020 Kənan Rövşənoğlu Tərəfindən

Ərəb aləminə isə hələ də demokratiya gəlməyib.

"Ərəb Baharı"nın 10 ili tamam olur. 10 il əvvəl 2010-cu il dekabrın 17-də Tunisdə küçə satıcısı Məhəmməd Buəzizi bələdiyyə məmurunun təhqirinə etiraz olaraq özünü yandırdı. Buəzizi xəstəxanada bir neçə gündən sonra dünyasını dəyişsə də, Tunisdə etirazlar dayanmadı və yanvarda Zeynəlabidin bin Əli istefa verib ölkədən qaçdı.

Tunisin ardınca etiraz dalğası bütün ərəb regionuna yayıldı. 2011-ci ilin yanvarında Tunis, fevralında Misir, Liviya, Bəhreyn, martda Suriya, Yəmən qarışdı. Daha sonra hadisələr silahlı vətəndaş müharibələrinə və terror aktları ilə müşayiət olundu. İŞİD meydana çıxdı və Yaxın şərq qan gölünə döndü.

"Ərəb Baharı" nəticəsində Tunis, Misir, Liviya və  Yəməndə hakimiyytə dəyişikliyi baş verdi. İraq isə yenidən qarışdı. İnqilab dalğası yalnız respublika tipli ərəb ölkələrində dəyişikliyə və qanlı hadisələrə səbəb oldu, monarxiyalardan isə yan keçdi. 2019-cu ildə isə daha iki ərəb respublikasında - Əlcəzair və Sudanda dövlət başçıları xalq etirazlarından sonra istefaya göndərildi.

Visiontv.az