Ərdoğandan yeni təyinatlar
30.07.2021

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni təyinatlar həyata keçirib. VIsiontv.az xəbər verir ki, Prezidentin qərarları “Resmi Gazete”də yayımlanıb.

Sənədə əsasən, vəzifə müddəti başa çatan professor Yekta Saraç Ali Təhsil Şurası (YÖK) sədrliyindən azad edilib.

Bu vəzifəyə Mərmərə Universitetinin rektoru, professor Erol Özvar seçilib.

Y.Saraç Prezidentin baş məsləhətçisi olub.