Ərdoğan gənclərlə birgə mahnı oxudu
Videonu Aç
11.10.2021

Türkiyənin Adana şəhərində gənclərlə görüşən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərlə birlikdə Aşıq Veysəlin "Uzun incə bir yoldayım" mahnısını ifa edib.

Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, ölkənin 81 bölgəsindən universitetə qəbul olan tələbələrlə Gənclərlə Görüş Proqramında bir araya gələn Ərdoğan deyib:

“Heç kimin gənclərimizlə aramıza girməyinə imkan vermərik. Biz TEKNOFEST nəsliyik. Gənclərə ən çox yatırım edən bizik. Bizim gənclərimizlə səmimi olmağımızdan narahatlıq keçirənlərin olduğunu başa düşürəmyorum. Gənclərlə aramıza girmək istəyənlərə, `Öz işinizlə məşğul olun` deyirik. Biz gənclərimizi hər sahədə dəstəkləyirik.”

Prezident Ərdoğanın gənclərlə birlikdə səsləndirdiyi Aşıq Veysəlin "Uzun incə bir yoldayım", "İkimiz bir fidanın güller açan dalıyız", "Sevdan olmasa", "Endamın yeter", "Gül döktüm yollarına" xalq mahnıları iştirakçıların marağına səbəb olub.   

İlahə Əliyeva