"Ən mükəmməl dil o dildir ki, onun vasitəsilə az sözlə böyük məna ifadə edə biləsən..."
"Ən mükəmməl dil o dildir ki, onun vasitəsilə az sözlə böyük məna ifadə edə biləsən..."
28.11.2022 MEDİA Tərəfindən

Hər bir xalqın özünəxas dili o xalqın mənəvi sərvətidi. Bu gün ünsiyyət üçün ən əvəzsiz vasitə olan dillər barədə danışacağam. Dünyada ümumilikdə 6 mindən artıq dil, o cümlədən müxtəlif dialektlər mövcuddur. Onların bir çoxu barədə maraqlı fakt söyləmək olar.


Məsələn:

Eston dilində ismin 14 halı var.

Kambocada kximer əlifbası 76 hərfdən ibarətdir.

Vyetnamda əsasən sedanq dilindən istifadə olunur. Bu dildə 50 sait var.

Fransa ilə İspaniya arasındakı ərazilərdə yaşayan basklar yaxın ölkələrin dillərinə bənzəməyən və ümumiyyətlə, heç bir hind-Avropa dil ailəsinə aid olmayan bask dilində danışırlar.

Çin yazısında heç bir durğu işarəsi yoxdur.

Abxaz dili cəmi iki saitə və 60 samitə malikdir.

İndoneziya dilində sözün təkrarı cəm bildirir. Məsələn, “babi” donuz deməkdir, “babi-babi” isə donuzlar mənasını verir.

Bir vaxtlar çox oxşar olan xorvat və serb dilləri eyni dil sayılırdı. Lakin xorvatlar latın, serblər isə kiril əlifbası ilə yazırlar.

İngiltərədə fransız dili hələ 6 əsr əvvəl rəsmi dil kimi tanınırdı.

İllinoys ştatının qanunları danışıqda ingilis dilindən istifadəni qadağan edir. Bu ştatda rəsmi dil amerikan dili hesab olunur.

Beləliklə bir daha əmin oluruq ki, xalqların müxtəlifliyi bütün sahələrdə olduğu kimi dil mövzusunda da fərqlidir. Nəticədə bütün insanların bir - biri ilə dil tapıb yaşamasını arzu edirəm.

HAZIRLADI: BÜNYAMİN BÜNYADZADƏ

VİSİONTV.AZ