Elnarə Abdullayeva polis bölməsinə aparılıb
27.08.2020

Müğənni Elnarə Abdullayeva karantin qaydalarını pozub.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi protokol tərtib olunaraq cərimələnib.

Belə ki, Əməkdar artist Şamaxıya getmək istəyərkən, polis əməkdaşları tərəfindən saxlanılaraq, bölməyə aparılıb.

Müğənni dəfələrlə keçmək üçün cəhd göstərsə də, mümkün olmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib.