Daxili işlər orqanlarında növbəti kadr islahatı aparılıb. Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis mayoru, Sübhan İsgəndərov Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyin olunub. O, bundan əvvəl Astara RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı olub.
Oxu.az