Dünyanın ən böyük ordularından birinin belini qırdıq-Zelenski
21.05.2022

Silahlı Qüvvələrimiz fevralın 24-dən əvvəlki mövqeyə lazımsız itkilər vermədən çatsa, Ukrayna artıq Rusiyanı məğlub edəcək.

Bu barədə prezident Vladimir Zelenskinin inauqurasiyanın üçüncü ildönümü ilə bağlı müsahibəsində deyib:

"Fevralın 24-nə qədər olan mövqeyə lazımsız itkilər vermədən çatmaq qələbə deməkdir. Biz dünyanın ən böyük ordularından birinin belini qırdıq. Onlar yaxın bir neçə ildə ayağa qalxmayacaqlar. Unutmayın ki, bizim hərbçilər də yaşamaq istəyir. Mənim üçün önəmlidir ki, atılan hər addımın dəyərini anlayaq. Hərbiçilərimizin Rusiya ilə sərhəd xəttinə çatması o deməkdir ki, Kreml bizİm gücümüzü layiqincə dəyərləndirməyib".

Prezidentin sözlərinə görə, bundan sonra Ukrayna ikinci hissəyə keçəcək.

“Mən istərdim ki, bu ölkənin kifayət qədər ağıllı insanları olsun. Və biz, müharibənin ikinci hissəsini danışıqlar masasında keçirək”.

Əli Əliyev

visiontv.az