Dünya üzrə təxminən 780 milyon doza vaksin vurulub
19.04.2021

Dünya ölkələrində koronavirusa qarşı təxminən 780 milyon doza peyvənd vurulub. TASS xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Rusiyadakı nümayəndəsi Melita Vuynoviç bəyan edib.

Onun sözlərinə görə, vurulmuş vaksinlərin 87%-i yüksək gəlirli ölkələrin payına düşür. Aşağı gəlirli ölkələrin vaksinasiyadakı payı isə cəmi 0,2%-dir.

ÜST nümayəndəsi bu rəqəmlərə istinadən dünya ölkələri arasında peyvəndləmə sahəsində ciddi bərabərsizliyin olduğunu bildirib.