Dövlət bağçalarında tibbi müayinə biznesi...-Jalə Mütəllimova
Dövlət bağçalarında tibbi müayinə biznesi...-Jalə Mütəllimova
08.09.2020 Jalə Mütəllimova Tərəfindən

Bu nə oyundur deyirsən əvvəlcə, anlamırsan. Axtarıb, araşdırıb görürsən ki, hər şey əməlli-başlı idarə olunur. Bu da inhisarın bir formasıdır Azərbaycanda. Hətta tibbi müayinəni belə göndərilən yerdə etdirməlisən...

Yaxın oturun, hamının başı siyasətə qarışıb, digər sektorlarda baş verənlərdən xəbərimiz yoxmuş. Dövlət bağçaları açır. Buna kimsə söz deyə bilməz. Dövlət qayda qoyursa, bu müzakirə mövzusu deyil, əməl olunmalıdır.

Baxmayaraq, demək olar bağcalarda COVİD-19 standartına görə şərait demək olar ki, yoxdur. Açılış gününə isə cəmi bir həftə qalıb. Nə ediləcəyini indidən proqnozlaşdırmaq mümkündür.

İki-üç bağçada görüntü yaradıb, aidiyyatı qurumlara göstərəcəklər ki, hamı hazırdır. Təbii dövlət də inanacaq. Başqa yolu yoxdur. Minlərlə bağçanı yoxlamaq fiziki və texniki baxımdan mümkün deyil. Beləcə yenə öz bildiklərini edəcəklər. Amma bir vacib məsələ var ki, bu işdə başına buyruqluq olmaz. Aidiyyatı qurumlar tədbir görməlidir. Bağça müəllimləri arasında ciddi narahatlıq var bu məsələdən dolayı.

Qaydalara görə müəllimləri tibbi müainəyə yollayırlar. Burda ciddi bir şey yoxdur, yəni qayda belədir. Amma Bakı şəhər icra hakimiyyəti adından, müəllimlərə bildirilir ki, müainə ancaq Təcili Tibbi Yardımda, keçmiş "Semaşko" adına xəstəxanada olmalıdır. Başqa yerdən gələn sağlamlıq arayışları keçərli deyil.

Sözügedən xəstəxanada bu günki vəziyyət, bəllidir. Zatən COVİD-19-a qədərki dönəmdə də orada şəraiti bərbad idi. İndi bu dövlət xəstəxanası epidemiyaya yoluxmuş ağır xəstələrlə doludur. Sual olunur, bu bashabasda nə məsələdir? Niyə, ancaq ordan gəlməlidir sağlamlıq haqqında arayışlar bağçalara və icra hakimiyyətinə? Niyə, müəllimlər səhər tezdən demək olar günün böyük bir hissəsini bu qorxulu təbb ocağında növbəyə durub gözləməlidirlər? İnfeksion xəstəliyin tüğyan elədiyi bir yerdə, saatlarla növbə gözləməyin təhlükəli olduğunu doğurdnda anlamırmı müdirlər və icra hakimiyyətinin müvafiq idarəsi?

Hər kəsin neçə müəllim qohumu, tanışı, rəfiqəsi var. İnsanlar narahatdır. Əlacsız qalan müəlimlər bu müainəyə getməyə məcburdur. Çünki getməyəcəkləri təqdirdə, işdən çıxarıla bilərlər. Asqıranda da hamını özəl xəstəxanalara göndərən adamların birdən-birə “Semaşko sevgisi” adamı düşünməyə vadar edir.

Görəsən niyə tibbi müəssisə seçmək imkanı verilmir müəllimlərə? Ya da məsələn, niyə elə bağçada müainə edilmirlər? Səyyar briqada gələ bilər məsələn... Yoxsa bəlli xəstəxana ilə rəsmi və ya qeyri-rəsmi müqaviləmi var?

Məsələnin vacib məqamı da elə budur. Sirr deyil ki, bəlli idarələrdə, bir birinin qohumu, məsələn, qızı, gəlini, kürəkəni, qudası olan vəzifəlilər rəhbərlik edir. Mütləqdir ki, Təcili Tibbi Yardımda müvafiq şöbə müdiri və ya müavinlərdən hansınınsa meriyadakılarla qohumluq əlaqələri var? Bağça müəllimlərinin ödənişli müainələri isə bu məqamda həm də yaxşı qazanc yeridir. Çox acınacaqlı durumdur, çox da təəssüf dolu.

Umaram bir gün, dövlət bu mövzuların da üzərinə işıq salacaq. Baxmayaraq indi hamı deyir, heç kim mənə heç nə eləyə bilməz. O işığın bağçalar üzərinə də salınmasına böyük ehtiyac var.

Araşdırılsın ki, adı olub, özü olmayan nə qədər bağça var ölkədə? Üzə çıxarılsın ki, həmin bağçalara ayrılan dövlət vəsaitləri hansı çiblərə gedir? Bağçalara verilən ərzaqlarla market açan, kafe restoran işlədən müdirlər kimliyi üzə çıxsın! Hələ onu da demirəm ki, baçğada on dövlət ştatı ola-ola otuz işçi saxlayan müdirlərin arxası hara, kimə bağlıdır? Bu suala cavab tapaq. Görək dövlət büdcəsindən ayrılan maliyəni əllərində necə “oynadırlar”. Bağçalarını silkələ dövlət baba. Oradakı nəvələrin gələcəyindir. Onlara bu gün, oğurluğun, satqınlığın, fırıldağın, haramın əlifbasını öyrədirlər, nəvələrini və gələcəyimizi özün qoru!

Visiontv.az