Donbasın işğaldan azad edilməsi: Avqustda Ukrayna hərbi əməlliyatların gedişatını dəyişəcək
Donbasın işğaldan azad edilməsi: Avqustda Ukrayna hərbi əməlliyatların gedişatını dəyişəcək
04.07.2022 MEDİA Tərəfindən

Avqustda Ukrayna Silahlı Qüvvələri Donbassda hərbi əməliyyatların gedişatını dəyişdirməlidir.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov RBC-Ukraynaya müsahibəsində bildirib.
"Sual "hələlik Donbası saxlaya bilərikmi?" yox, "işğal olunmuş əraziləri nə vaxt azad edəcəyik" olmalıdır. Gəlin bir az gözləyək - yayda, avqustda biz öz ərazimizdə bəzi ciddi addımlar görəcəyik. Qışa yaxın onların tempi aşağı salınacaq. Ruslar əslində artıq ləngiyiblər. Onlar sırf relyefin iki sahəsində irəliləyirlər. Onların genişmiqyaslı hücum üçün gücləri və vasitələri yoxdur” - Budanov vurğulayıb.

O, eyni zamanda qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri də indi kifayət qədər çətin vəziyyətdədir.

"Bu vəziyyətdə əks-hücuma keçmək bizim üçün çətindir. Bu daha çox əlimizdə olan silahların kəmiyyət və keyfiyyətindən asılıyıq. Bütün bunlar bu sualın cavabına təsir edən aspektlərdir. Amma əməliyyat Ukrayna ərazisi tam azad olunana qədər davam edəcək ”.

Əli Əliyev

visiontv.az