Dollar ucuzlaşacaq? – Vüqar Bayramov
Dollar ucuzlaşacaq? – Vüqar Bayramov
29.12.2020 Vüqar Bayramov Tərəfindən

ABŞ-da 900 milyard dollarlıq yardım paketinin təsdiqindən sonra ən çox müzakirə edilən iqtisadi məsələlərdən biri də dolların ucuzlaşması ilə bağlıdır. COVİD-19 ilə mübarizədə kifayət qədər bahalı paketin icrasına başlanılması okeanın o tayında valyuta bazarına emissiya ediləcəyindən xəbər verir.

Visiontv.az xəbər verir ki, bunu millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib. O bildirib ki, dolların səbət valyutalara, o cümlədən avroya qarşı müəyyən dəyər itirəcəyi istisna edilmir:

“Amma yardım paketinin dəyərinin böyük olmasına baxmayaraq, dolların aparıcı valyutalara nisbətən kəskin dəyər itirəcəyi gözlənilmir. İnkişaf etməkdə olan ölkələrin valyutalarına nisbətən dolların ucuzlaşması inandırıcı deyil. Yenə də qlobal ehtiyatların 60 faizindən çoxu ABŞ dollarında saxlanılır. Praktik olaraq, emissiyanın hansı məbləğdə olmasından asılı olmayaraq, qlobal bazarda investorların dollara inamı yüksək olaraq qalmaqdadır”.

V.Bayramov Mərkəzi Bank manatın dollara nisbətən mövcud məzənnəsini qoruyub saxlamağı hədəflədiyini qeyd edib:

“Region ölkələri üçün bahalı valyuta ixrac imkanları baxımından sərfəli hesab olunmur. O baxımdan, bütövlükdə regionda milli valyutaların dollara nisbətən möhkəmlənməsi güman olunmur”.

Axar.az