Dini ideologiyanı siyasi silaha çevirən İran millət vəkili biabır oldu
14.11.2025

İran parlamentinin radikal mühafizəkar üzvü Həmid Rəsayi sosial mediada izlədiyi kanal ilə gündəmə gəlib. “Fars News” agentliyi tərəfindən yayımlanan yeni görüntü, Rəsainin telefonunda yerli mesajlaşma tətbiqi "ITA"da "İdeal Arvad" adlı tanışlıq kanalını izlədiyini göstərir.

Bu kanalın adı, özündə qeyri-adi və diqqətçəkici məna daşıyır və sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub.

Şəkil, Rəsayinin parlamentdəki fəaliyyətləri ilə əlaqədar sosial mediada ciddi reaksiyalar doğurub. Deputatın izlədiyi kanal, onun şəxsi prioritetləri və seçimləri ilə bağlı müxtəlif suallar ortaya qoyub.

Agentliyin məlumatına görə, Rəsayi, öz dini mövqeyi ilə tanınan və tez-tez ictimai çıxışlarında, cümə namazlarında və əvvəlki vəzifələrində dini ideologiyalarını müdafiə edən bir şəxsdir. O, müxtəlif fikirlərə və rəqib qruplara mənsub şəxslərə hücum etməkdən çəkinmir.

visiontv.az