Dəməşq bundan sonra İŞİD, İslam İnqilabı Keşikçiləri Korpusu, HƏMAS, Hizbullah və digər terror şəbəkələrinin qalıqları ilə mübarizədə Amerika ilə fəal əməkdaşlıq edəcək və sülhün təmin edilməsi üçün qlobal səylərdə sadiq tərəfdaş olacaq.
Bunu Amerikanın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak deyib.
Suriya prezidenti Əhməd əl-Şaranın Amerikaya səfərinə və Amerika prezidenti Donald Trampla görüşünə toxunan Barak bunun müsbət nəticə verdiyini bildirib:
"Onlar qarşıdurmanı qarşılıqlı əlaqə ilə əvəz etməyin, Suriyaya - və onun xalqına - yenilənmə üçün real şans verməyin vaxtının çatdığına dair ortaq inanclarını vurğuladılar".
Barak əlavə edib ki, Suriyaya real şans verməkdə növbəti addım Sezar Aktını tamamilə ləğv etməkdir və Konqresi bu tarixi addımı atmağa çağırıb.
visiontv.az