Dağıdıcı müharibə qapıdadır - Məhəmməd Əsədullazadə
Dağıdıcı müharibə qapıdadır - Məhəmməd Əsədullazadə
14.04.2021 Məhəmməd Əsədullazadə Tərəfindən

ABŞ prezidenti C. Baydenin V. Putinlə telefon əlaqəsi və görüşmək üçün razlıqları Donbasda hərbi vəziyyətin stabilləşməsinə gətirib çıxarmayacaq. Artan siyasi-hərbi böhran fonunda iki liderin görüşməsinə ehtiyac var idi. Dağıdıcı müharibə qapıdadır. Bu gərginlik NATO-Rusiya savaşına gətirib çıxara bilmək ehtimalı yüksəkdir.

Ukrayna böhranından hər iki tərəf geri çəkilmək niyyətində deyil və yeni müharibə regionda ciddi dağıdcı bir prosesə gətirib çıxara bilər.  Rusiya 2014-ch il müharibəsindən fərqli olaraq Krım, Qara dəniz və Ukrayna sərhədlərində yeni qüvvələr cəmləşdirib. Bu, Moskvanın ABŞ əzələ nümayişidir.  Təbii ki, bu durumda ABŞ və NATO -da boş dayanmır. Ukrayna ətrafına yeni qüvvələr cəmləşdirir. Artıq Qara dənizdə ABŞ hərbi gəmiləri lövbər salıb.

Müharibə balayacağı təqdirdə NATO və ABŞ o halda  Ukraynaya dəstək verəcək ki, i Rusiya separtçıların məğlubiyyəti fonunda Ukraynaya qarşı hərbi əməliyyatlara start vercek. Məhz ona görədə ABŞ hərbi qüvvələri ilə regiona gəlişi,  Rusiyanı separatçılara qarşı Ukraynanın əməliyyatları fonunda neytral qalmasına çalışır. Rusiyada bundan ehtiyatlanır və mümkün muharibədə hücumdan vaz keçməyəcəyi mesajını verir.

Tərəflərin əzələ nümayişi və birbirlərinə çəkindirici addımı müharibə riskini artırır. Rusiyanın ABŞ və NATO qarşısında geri çəkilməməsi aydın görünür. Çünki, Donbas məsələsində Rusiyanın geri çəkilməsi Krımın növbəti mərhələdə itirilməsi kimi baxır.

Ona görə də zərbə qüvvələrini Ukrayna ətrafında yerləşdirməklə, Qərbi danışıqlara cəlb edib, müharibə ssenarisini ertləməyə çalışır. Baydenin Rusiya prezidentinə zəngi və danışıqlara getmək baərədə təklifi Rusiyanın Putinin taktiki uğuru olsa da, ABŞ -da geri çəkilməyəcək. Bayden və Putin görüşü Donbas ətrafında müvəqqəti sakitliyə səbəb olması mümkündür. Bu görüşdə bəynəlxalq müstəvidə artan gərginlik və Donbas münaqişəsinin həlli istiqamətində razılıq əldə edilməyəcək. İki lider mövqelərində qalması gözlənilir. Sadəcə, bele görüş mümkün hərbi qarşıdurmadan qaçınmaya, dialoqa yol açır.

Visiontv.az