Məşhur Türk aktyoru Arkın vəfat edib
Məşhur Türk aktyoru Arkın vəfat edib
28.06.2022 MEDİA Tərəfindən

Türkiyəli aktyor Cüneyt Arkın 85 yaşında vəfat edib.

Visiontv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, unudulmaz filmləri ilə türk kinosunda iz qoyan məşhur aktyor Cüneyt Arkın sağlamlıq problemləri səbəbiylə xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.  

Əsl adı Fəxrəddin Cüreklibatır olan Cüneyt Arkın 1937-ci ildə Əskişəhərdə anadan olub.

İlk dəfə 1963-cü ildə kinoya çəkilən Cüneyt Arkın indiyə kimi 500-dən çox filmdə rol alıb.

Onun ən məşhur filmləri arasında “Malkoçoğlu”, “Battal Qazi”, “Vətəndaş Rza”, “Mədən”, “Yaralı qurd” və başqa ekran işlərinin adını çəkmək olar.

İlahə Əliyeva