“Cudi, Qabar bölgəsində gündəlik 100 min barel hasilat gücünə malik neft tapdıq”
“Cudi, Qabar bölgəsində gündəlik 100 min barel hasilat gücünə malik neft tapdıq”
03.05.2023 MEDİA Tərəfindən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, "Yeni bir şad xəbəri bölüşmək istəyirəm. Cudi, Qabar bölgəsində gündəlik 100 min barel hasilat gücünə malik neft tapdıq" dedi.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan Kılıçarslan Meydanında keçirilən “Karapınar Günəş Elektrik Stansiyası, Bozkır Anbarı, Əbdülhamit Han küçəsi və tamamlanmış digər layihələrin açılış mərasimində çıxış edib.

Ərdoğan çıxışının əvvəlində “sədaqət, həmrəylik, milli iradə şəhəri, dünyanın bənzərsiz şəhəri, paytaxtların paytaxtı” olaraq xarakterizə etdiyi Konya və konyalıları salamlayıb.

Donanmanın flaqmanı TCG Anadolu-nu Hərbi Dəniz Qüvvələrinə təslim etdiklərini bildirən Ərdoğan, xalqın 60 ildir ümidlə gözlədiyi yerli elektrik avtomobili Togg-un tədarüklərinə başladıqlarını, Altay Tankının Silahlı Qüvvələrə təslim edildiyini, dünən isə milli döyüş təyyarəsi KAAN-ı anqardan çıxararaq uçuş-enmə zolağına çıxardıqlarını vurğulayıb. 

Ərdoğan deyib:

“Qabardakı quyumuza separatçı təşkilat tərəfindən vəhşicəsinə qətlə yetirilən şəhid müəllimimiz Aybükə Yalçının adını verdik.
Hələlik gündəlik 180 min barel neft hasilatı ilə ölkəmizin enerji müstəqilliyi yolunda yeni bir addım atmış olduq. Biz artıq rezervlərimizin ümumi dəyərindən danışmırıq. Yoxsa bizim Qabardakı yeni kəşfimiz milyardlarla dollar dəyərindədir. Qara dəniz qazımızın dəyəri yüz milyardlarla dollarla ifadə olunur.”

İlahə Əliyeva