Co Bayden Ərdoğandan bir daha üzr istəyəcəkmi? - Elbəyi Həsənli
Co Bayden Ərdoğandan bir daha üzr istəyəcəkmi? - Elbəyi Həsənli
26.04.2021 Elbəyi Həsənli Tərəfindən

Co Baydenin Ərdoğandan bir dəfə rəsmən üzr istəyib. Söhbət belə olub. Co Bayden vitse-prezident kimi o, 2014-cü ildə Harvard Universitetində çıxışı zamanı Türkiyəni və Birləşmiş Ərəb Əmirliklərini İŞİD-i yaratmaqda ittiham edib. Iki gün sonra-oktyabrın 14-də Türkiyə prezidenti Tayyib Rəcəb Ərdoğana zəng edən Co Bayden həmin bəyanatına görə üzr istəyib. Daha sonra o, şeyx Mohammed bin Zayed bin Sultan Al Nahyan ilə telefon əlaqəsi saxlayıb.

O vaxt  “CNN” xəbər yaydı ki, Türkiyə mediasının qarşısına çıxan Rəcəb Tayyib Ərdoğan deyib: “Co Bayden məndən üzr istədi. Əgər üzr istəməsəydi, mənim üçün tarixdə qalacaqdı”...

Yeri gəlmişkən, Co Baydenin yaddaş problemi ötən ayın sonunda özünü bir daha göstərdi. O, Əfqanıstan prezidentinin adını səhv dedi. Ağ Ev həmin səhvi düzəltmək zorunda qaldı.

Daha əvvəllərdə də belə şeylər çox olub. Məsələn, o, Ted Kennedy yerinə Robert Byrd-ın adını çəkib. Çıxış zamanı senator Mitt Romney-ın adını heç cür yada sala bilməyib: “Marmon (dini sektadır) senatoru deyirəm, yerli hökumətin rəhbəri”. Bu məsələyə dərhal reaksiya verən Donald Tramp dedi ki, “Sleepy Joe” bu yaddaşla prezident olmaq istəyir? Onu prezidentliyə namizədlikdən diskvalifikasiya etmək lazımdır.

Düşünün ki, Co Bayden hətta Donald Trampın adının yerinə Corc Buş deyib. Ancaq amerika xalqı ona səs verdi və Co Bayden ABŞ tarixində 80 milyondan çox səs yığan ilk prezident oldu.

Dünyanın işinə, tarixin ironiyasına bir baxın, bu ağılda olan birisi prezident oldu və indi tükləri ittiham edir.

Visiontv.az