Çinin iqtisadi miqyası
13.12.2024

2024-cü ilin 11 ayında Çinin ixracı $3,24 trln (+5,4%), idxalı isə - $2,36 (+1,2%) təşkil edib.

Təkcə noyabrda Çin $312,3 mlrd (+6,7%) həcmində mal ixrac edib və idxalı isə 3,9% azalaraq $214,9 mlrd olub.

2023-cü ilin yekunlarına görə, ABŞ $3,07 trln ixraca malik olmuşdusa, Çin bu göstəricini $3.38 trln-a qədər yüksəldə bilmişdi. Amma bununla belə Çin dünyanın ikinci iqtisadiyyatı olaraq qalır və təngnəfəs halda ABŞ-a çatmaq istəyindədir.

2023-cü ildə Çinin ÜDM-i $17,79 trln təşkil etmişdi, cari ilin 9 ayının nəticələrinə görə isə $13 trln-dan bir qədər çox olub.

İlham Şaban

visiontv.az