Bütün məktəblərdə pilot layihə tətbiq olunacaq...
05.06.2023

Davamiyyət yaxşı olmalıdır ki, təhsildə inkişafdan danışaq.

Visiontv.az Modern.az - a istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev jurnalistlərə açıqlamasında bildirib.

"Pandemiya dövründən sonra dərslərə əyani şəkildə gəlmədə problem yaşandı. 2 il ərzində pandemiyadan sonra əyani sistemə keçid məsələsi tək bizim problemimiz deyil. Bizim burada işimiz maarifləndirmə aparmaqla bağlıdır. Dərsə davamiyyəti yaxşı olmayanların təhsil nailiyyətləri yüksək olmur. Dərsdə birbaşa iştirak təhsil nailiyyətlərinin artmasına gətirib çıxarır. Hər bir bölgədə olmaqla 300 məktəbdə şagird davranış qaydaları üzrə pilot layihə həyata keçirilib. Sentyabr ayından bütün məktəblərdə bu layihə həyata keçiriləcək".