Bütün imperiya toz içindədir, cənab Putin - Azər Rəşidoğlu
Bütün imperiya toz içindədir, cənab Putin - Azər Rəşidoğlu
02.11.2020 Azər Rəşidoğlu Tərəfindən

Gürcüstan qaynayır, Belarus qaynayır, Ukrayna qaynayır. Bütün imperiya toz içindədir, cənab Putin. Şimali Qafqaz, Dağıstanın qaynamasına az qaldı.

Yeni dünya düzənində Ankara önə çıxır. 4 dənizə çıxışı olan Türkiyə güclənir. Qara dənizdən Xəzərə qədər ərazilər Türk - islam birliyinin nəzarətinə keçmək üzrədir. Azərbaycandan Orta Asiyaya qədər olan  coğrafiyada yeni düzən formalaşır. Qarabağ uğrunda savaş dünya güclərinin maraqlarına bu və ya digər formada təsir edir.

Artıq "strateji dərinlik" zamanıdı. Bakıdan Təbrizə, dəmir qapı Dərbəndə yol görünür. "Qızıl alma"nı dərmək zamanı gəlir. Kim dedi ki, asan olacaq? Amma "bu yol bizim yolumuzdur"... 

Visiontv.az