Bu vitamin beyni cavanlaşdırır
13.05.2022

Yeni bir araşdırmada K vitamininin demens xəstələrində idrak qabiliyyətinin azalmasının qarşısını ala biləcəyi göstərilir.

Məlumat üçün bildirək ki, demens beyinə mənfi təsir göstərən xəstəlik növlərindəndir. Demensiya simptomlar qrupunu təsvir etmək üçün istifadə edilən termindir. Bu simptomlara yaddaşın tədricən zəifləməsi, ünsiyyət problemləri ilə birgə səbəb-nəticə, düşünmək bacarıqlarının azalması daxildir. Bu simptomlara müxtəlif faktorlar və xəstəliklər səbəb ola bilər. Demensiyanın bir çox əlamətləri var və inkişaf riski yaşla bir yerdə dəhşətli şəkildə artır. Demensiyanın proqressiv inkişaf etməsinə baxmayaraq, hər insan özünə məxsus şəkildə bu halı yaşayır.

Səudiyyə Ərəbistanın Al-Maarefa Universitetinin alimləri K vitamininin beyindəki koqnitiv pozğunluqlardan qoruya biləcəyini müəyyən ediblər.

 “Experimental Biology” jurnalında dərc olunmuş məqalədə qeyd olunur ki, tədqiqat K vitamini verilmiş siçovullar üzərində aparılıb.  17 aylıq tədqiqatın sonunda K vitamini əlavələri verilən siçovulların koqnitiv pozğunluq, narahatlıq və depressiya səviyyələrinin azaldığı aşkar edilib.

Tədqiqatın rəhbəri, professor El-Şerbini "K vitamininin qocalıq dövründə beyində qocalma ilə bağlı davranış, funksional, biokimyəvi və histopatoloji dəyişikliklərə mane olmaqda çox perspektivli təsir göstərdiyini" bildirib.

“Normal K vitamini səviyyəsini qorumaq üçün kifayət  miqdarda tərəvəz və meyvədən istifadə etmək qənaətbəxşdir. Ancaq,bunlardan  istifadə etmədikdə onları  əvəz edə biləcək əlavələr də mövcuddur” deyə professor əlavə edib.

Qeyd edək ki, K vitamini adətən pomidor, bitki yağları, taxıl və yaşıl yarpaqlı tərəvəzlərdə olur.

Araşdırma qrupunun üzvü Cennifer Bramen nəticələrlə bağlı ehtiyatlı, lakin nikbin olduğunu söyləyib: "K vitamini demensli insanlarda idrak qabiliyyətinin azalmasının qarşısını almaqda rol oynasa da, bu, əsasən K vitamininin növündən asılı olacaq. Bəzi növlər digərlərindən daha çox və ya daha az təsirli ola bilər. Nəticə etibarilə, K vitamininin hansı növlərinin demensiyaya qarşı təsirli olduğunu müəyyən etmək üçün daha çox təcrübəyə ehtiyac var.

İki Sahil