Bu da yeni bir başlanğıc!
Bu da yeni bir başlanğıc!
03.06.2023 Bəybala Mirzəyev Tərəfindən

Yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan bu gün TBMM-nin (parlamentin) kürsüsündən and içdi və yeni dönəm üçün görəvinin icrasına başladı. Türkiyə üçün və bütün Türk dünyası üçün xeyirli olsun!

Dünən TBMM-nin yeni tərkibinin ilk iclasında Türkiyə himni səsləndirilərkən ayağa qalxmaqdan, sayğı duruşunu icra etməkdən nümayişkaranə şəkildə imtina edən HDP-li köpəklər (PKK yandaşları) bu gün prezidentin andiçmə mərasimində də eyni rəzaləti təkrarladılar. 

Bu da Ərdoğana dərs olsun. Çünki bu nankorları vaxtında nəinki parlamentə, heç ümumiyyətlə siyasət meydanına buraxmaq lazım deyildi. 

PKK zehniyyətli ünsürlər üçün demokratiya türk dövlətçiliyinə qarşı çıxmaq, Türkiyə himninə hörtmətsizlik etmək kimi anlaşılır. Ona görə də belələrinə demokratiya vermək yox, onların kökünü qazımaq lazımdır.  

Siz təsəvvür edin, 14-28 may prezident seçkilərində bunların dəstəklədiyi Kılıçdaroğlu qalib gəlsəydi, bunlar hansı hoqqalardan çıxardı və qosqoca Türkiyə nə günlərə qalardı.

CHP zehniyyəti də zatən bunlardan geri qalan deyil. Ona görə də ayağa qalxmayan deputatların arasında CHP-lilər də vardı. Bunların müxalifətçilik və siyasi mədəniyyət anlayışı bura qədərdir. 

"Altılı masa"dan, "Millət İttifaqı"ndan olan digər partiyaların deputatları isə dövlət başçısını ayaqda salamladılar. Bunu da qeyd etməliyik.

İYİ Partiyadan olan millət vəkili İbrahim Özkanın dediyi kimi,  "Ülkenin Cumhurbaşkanını sevmek zorunda değilsin, fakat saygı duymak zorundasın. Cumhurbaşkanı salona girdiğinde ayağa kalkmak bizi Ak Partili yapmaz, devlet geleneğine saygılı bireyler yapar".

Nə isə, CHP və HDP bu dəfə böyük siyasət qatarına minə bilmədi. Necə deyərlər, onların qatarı getdi. 

P.S.
Üfüqdə isə yeni Türkiyə var. Türkiyə yüzili başlayıb, Türk dünyasının şahlanış, yüksəliş dönəminin yolu açılıb.

Bəybala Mirzəyev

Visiontv.az