BMT-nin baş katibi Anjelina Coliyə təşəkkür edib
16.09.2021

BMT-nin baş katibi Antonio Quterres, BMT Qaçqınlar üzrə Baş Komissarlığında BMT-nin xoşməramlı səfiri Anjelina Coli ilə bir araya gəlib.

Visiontv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdən sonra Quterres “Twitter” hesabından Coliyə təşəkkür edib: “Səsini dünya üzrə uşaq hüquqları üçün fəda edən Coliyə təşəkkür edirəm.” 

Quterres qeyd edib: "Hər bir uşaq öz sağlam, etibarlı və hüzurlu potensiyalını sonuna qədər inkişaf etdirmə hüququna sahibdir.”

İlahə Əliyeva