Bakıda "Mehtər marşı"yla qarşılananlar eyni marşın sədaları altında da Qarabağdan yola salınacaqlar
Bakıda "Mehtər marşı"yla qarşılananlar eyni marşın sədaları altında da Qarabağdan yola salınacaqlar
19.09.2021 Sahib Alıyev Tərəfindən

Demək, Rusiya Müdafiə Nazirliyi Ermənistanın təhcizatdan tutmuş idarə olunmasınadək filialı rolunda çıxış edən eyni adlı qurumuna istinadla Şuşa yaxınlığında iki hay yaraqlısının yaralanmasında bizim hərbçiləri suçlandırır. Halbuki Azərbaycan Müdafiə Nazirliyinin bildirdiyi kimi həmən Rusiyanın Qarabağdakı MÜVƏQQƏTİ hərbi kontingentinin başında duranlarla birgə araşdırma zamanı o iki hay yaraqlısını bizim hərbçilərin yaraladığı təsdiqini tapmamışdı.

Hətta tutaq ki, elədir, bizimkilər onları yaralaylb. Soruşmaq ayıb olmasın,  Ermənistan ordusunun tör-töküntüləri və digər qanunsuz silahlı dəstələr  Qarabağda nə gəzirlər? Rusiyanın oradakı hərbi kontingenti üçtərəfli bəyanatda üzərinə götürdütü öhdəliyə əsasən onları oradan çoxdan çıxarmalıydı. Niyə çıxarmayıb? 

Beynəlxalq normalara və Azərbaycan qanunlarına görə bizim öz torpağımızda qanunsuz silahlı dəstələri zərərsizləşdirmək haqqımız var və kimin onlara hansı gözdə baxmalarından, proksi kimi yanaşıb-yanaşmamalarından asılı olmayaraq zərərsizləşdiriləcəklər də. 

Bəzi çevrələin bunu anlamaları üçün bizim qardaş Türkiyə və Pakistanın  xüsusi təyinatlılarıyla birgə keçirdiyimiz hərbi təlimləri izləmələri yetər. Və bir reallıqda unudulmamalıdır ki,  Bakıda "Mehtər marşı"yla qarşılananlar eyni marşın sədaları altında da Qarabağdan yola salınacaqlar.

Millət vəkili Sahib Alıyev

Visiontv.az