Bişkekdə Heydər Əliyev adına park salınacaq
07.03.2019

Bişkekdə Heydər Əliyev adına park salınacaq

Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycanın Qırğızıstandakı səfirliyi ilə şəhər bələdiyyəsi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Visiontv.Az Trend-ə istinadən xəbər verir ki, memoranduma əsasən Bişkekdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev adına park və ümumtəhsil məktəbinin tikintisi nəzərdə tutulur.

Sənədi Bişkek meri Aziz Surakmatov və Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov imzalayıb.

Qeyd olunur ki, Bişkekdə 5,5 hektar ərazidə Heydər Əliyev adına parkın salınması, eləcə də 550 şagird yerlik məktəbin tikintisi planlaşdırılır.