“Birgə Koordinasiya Mərkəzi vasitəsilə həyata keçiriləcək işlər ərzaq böhranının aradan qaldırılmasına töhfə verəcək”
“Birgə Koordinasiya Mərkəzi vasitəsilə həyata keçiriləcək işlər ərzaq böhranının aradan qaldırılmasına töhfə verəcək”
28.07.2022 MEDİA Tərəfindən

“Birgə Koordinasiya Mərkəzi vasitəsilə həyata keçiriləcək işlərin bütün dünyanı təsiri altına alan ərzaq böhranının aradan qaldırılmasına, xüsusilə qiymətlərin aşağı salınmasına mühüm töhfələr verəcəyinə inanırıq.”

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Naziri taxıl dəhlizi müqaviləsi çərçivəsində Milli Müdafiə Universitetinin kampusunda qurulan Birgə Koordinasiya Mərkəzinin açılış mərasimindəki çıxışı zamanı deyib. 

Mərasim heyətini mərkəzin qarşısında salamlayan Akar daha sonra mərkəzi ziyarət edib. Burada çalışan Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələri ilə söhbət edərək məlumat alan Akar mərasimdən əvvəl Rusiya və Ukrayna nümayəndələrinin iş otaqlarını ziyarət edib.

Nazir Akar prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşərək bu problemin həlli üçün təşəbbüs göstərdiyini vurğulayıb.

Akar mərkəz əməkdaşlarına işlərində uğurlar arzulayıb, rus, ingilis, ukrayna və türk dillərində təşəkkür edib.

İlahə Əliyeva