Bir qrup zabitinə general-mayor rütbəsi verilib - SƏRƏNCAM
01.07.2022

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Visiontv.az xəbər verir ki, Sərəncama əsasən, Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilib:

polis polkovniki Canpolad Alı oğlu Daanova

polis polkovniki Namiq Zirəddin oğlu Həsənova

polis polkovniki Vüqar Hidayət oğlu Ələkbərova

polis polkovniki Sərdar Süleyman oğlu Səfərova.