"Bir biznesmen tapdım, onun da evini yıxdılar..."
28.01.2023

"Gələndən deyirlər soyunur, narah olmayın altdan nə lazımdı geyinmişəm. Özüm-özümə toy edən adamam...”

Visiontv.az Axşam.az - a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan hazırda Bakı Konqres Mərkəzində keçirilən konsertində deyib. Tamaşaçılarla salamlaşan ifaçı səhnədə geyimində dəyişiklik edərkən xatirələrini də bölüşüb:

"6 xalam, 1 dayım var. Dayım da çox utancaq adamdır. Bilmirəm, mən kimə oxşamışam. Toydan sonra baxıram ki, şəkillərdə yoxdur. Deyirəm, hanı dayım? Anam deyir ki, çağırmamısan. Deyirəm, özümə kişi tapdım, toy etdim. Heç olmasa qonaqları siz çağırmalı idiniz. Camaatın qızı var, orası var, burası yoxdur, şeyxə ərə gedir. Bir biznesmen tapıb ərə getdim, onun da evini yıxdılar. Qızıl qalmadı ki, satım verim və özümü qurtarım.

Yeganə qadınam ki, döyülmədən boşanmışam. Özüm kağız yazıb qoydum ki, salamat qal. Ona güvənirdim, özümə güvənmirdim".

Qeyd edək ki, Röya iş adamı Anar Cəlilovla evli olub. Onun bu nikahdan Hüseyn adlı oğul övladı var.