“Bir ağac-min nəfəs” devizi altında ting paylama aksiyası bu dəfə Şüvəlanda keçirilib
07.12.2021

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) birgə təşkilatçılığı ilə Şüvəlan qəsəbəsində fəaliyyət göstərən 2 saylı Bakı DOST Mərkəzinin qarşısında vətəndaşlara ağac tingləri hədiyyə edilib.

Ağac əkilməsinin təşviqi məqsədilə keçirilən tədbirdə ekokönüllülər tərəfindən vətəndaşlara ağac tinglərinin əkilməsi və onlara qulluq göstərilməsi qaydalarına dair məlumatlar verilib.

Qeyd edək ki, paylanılan ağac tingləri nazirliyin tinglik sahələrində yetişdirilir və paylanarkən hər regionun iqlim şəraiti nəzərə alınır. 

Aksiyalar Bakıda və bölgələrdə növbəti günlərdə də davam etdiriləcək.

Visiontv.az