Baydendən Türkiyəyə “F-16” satışı ilə bağlı AÇIQLAMA
Baydendən Türkiyəyə “F-16” satışı ilə bağlı AÇIQLAMA
01.07.2022 MEDİA Tərəfindən

ABŞ prezidenti Co Bayden Türkiyəyə “F-16” döyüş təyyarələrinin satılmasıyla bağlı ABŞ Konqresinin təsdiqini ala biləcəklərini açıqlayıb.

Visiontv.az Anadolu Agentliyinə istinadadən xəbər verir ki, Bayden İspaniyanın Madrid şəhərində keçirilən NATO Sammitinin sonuncu günü mətbuat konfransı keçirib.

Prezident Rəcəb Tayyib Ərdoğana Türkiyəyə “F-16” təyyarələrinin satışı ilə bağlı söz verib-vermədiyiylə bağlı suala Bayden belə cavab verib:

“Prezident Ərdoğana dediklərim dekabrda dediklərimin eynisidir. Türkiyəyə `F-16` təyyarələri satmalıyıq və eyni zamanda təyyarələri modernləşdirməliyik. Bunu etməmək bizim marağımızda deyil. Dekabrdan bəri mövqeyimi dəyişmədiyimi özünə dedim. Dedim ki, geri qaytarılmır, sadəcə satmaq məcburiyyətindəyik. Bunu edə bilməyim üçün Konqresin təsdiqi lazımdır. Düşünürəm ki, biz bu razılığı alacağıq.”

İlahə Əliyeva