Başsağlığı... Şəxsi ağrı-acılar və Təhsil dərdi - Səlahəddin Xəlil
Başsağlığı... Şəxsi ağrı-acılar və Təhsil dərdi - Səlahəddin Xəlil
29.03.2021 Səlahəddin Xəlilov Tərəfindən

Bu gün diqqətimi çəkən bir məqam da tanınmış təhsilşünas alim və ictimai xadim Prof.Dr. Şahlar Əsgərovun fb-də yeni paylaşması oldu... Bir neçə gün öncə ömür-gün yoldaşı Almaz xanımı itirən və bu itkinin ağrı-acısını yaşayan Şahlar müəllim ona yönlənən "başsağlığı" silsiləsinə və "ölümlü dünya" mövzusuna heç toxunmadan, diqqəti yenidən təhsil sahəsindəki problemlərimizə yönəltdi.

Bu özü də bir mesajdır; o boyda ictimai dərdləri olan bir millətin ziyalısı, - öz şəxsi həyatını, sevinc və dərdlərini önə çəkmək istəmir.
Başsağlığına gəlincə, - millətin başı sağ olmasa, öz siması, "öz əli - öz başı", "millətlər içində öz imzası" olmasa, ayrı-ayrı şəxslərin bədəni sağ ola bilər, başı sağ olmaz.

Başın sağ olması - düşüncəmizin sağlıqlı oıması deməkdir. Bunun üçün isə millətin sağlam bir təhsilə ehtiyacı var.

Visiontv.az