Bakının bir sıra məktəblərində istilik sistemi ilə bağlı problem aşkarlanıb
04.11.2022

“Məktəblərin istiliklə təminatı məsələsində qarşıya çıxan problemlərin operativ həlli üçün BŞTİ tərəfindən zəruri işlər görülür. Hər il olduğu kimi bu tədris ilində də məktəblərin istiliklə təmin olunmasının normal təşkili üçün monitorinqlər aparılır”.

Visiontv.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Orxan Kərimov bildirib. Onun sözlərinə görə, aparılan monitorinqlər nəticəsində bir sıra məktəblərdə müəyyən problemlər aşkar olunub:

“Həmin məktəblərin bir çoxunda təmir-bərpa işləri aparılır və digərlərində hazırda müvafiq tədbirlər davam etdirilir. Paytaxtdakı 125 uşaq bağçasının da istilik sistemində müəyyən problemlərin aşkarlanıb. Problemlərin aradan qaldırılması üçün zəruri işlər görülüb”.

APA