Bakıda yük maşını ilə minik avtomobili toqquşub - Ölən var
19.11.2022

Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Visiontv.az xəbər verir ki, hadisə bu gün saat 12 radələrində Yeni Ramana qəsəbəsində qeydə alınıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inpektoru Araz Əsgərli APA-ya bildirib ki, yük maşını ilə minik avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.

APA