Bakıda bayram namazı qılınıb
20.07.2021

Bakıda Qurban bayramı ilə bağlı bayram namazı qılınıb.

Visiontv.az xəbər verir ki, Bakının "Əjdərbəy" məscidində icra olunan dini ayində Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.

Sabah da "Təzəpir" və ölkənin digər məscidlərində namazlar qılınacaq.

Qeyd edək ki, bu gün və sabah Azərbaycanda Qurban bayramı qeyd olunur. Belə ki, bu il bayram 20-21 iyul tarixlərinə təsadüf edib.