Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə iyunun 27-də Z.Bünyadov prospektində “Hyundai” markalı bir avtomobildən içərisində 977 manat pul, 2 ədəd mobil telefon, sənəd və açar olan çantanın oğurlanması barədə müraciət daxil olub.
Bu barədə Visiontv.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Quliyev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.