Bakıda 45 yaşlı kişini avtomobil vurub
14.04.2021

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Belə ki, 1976-cı il təvəllüdlü Xankişiyev Rövşən Nizami oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona sağ pəncənin 5-ci daraq sümüyünün sınığı diaqnozu qoyulub.

Report