Bakı metrosunda fləşmob... - FOTOLAR
23.09.2019

 

Bakı metrosunda fləşmob keçrilib. 22 sentyabr saat 14:00-da Sahil metrostansiyasından Həzi Aslanova qədər bir qrup gənc metroda kitab oxuyub.
VisionTV.az məlumat verir ki, gənclər əvvəldən danışdıqları saatda, hər kəs əlində kitabla eyni məkana toplaşaraq kitab oxumağı təbliğ ediblər. 200 gəncin iştirak etdiyi fləşmob Flarmoniya bağında davam edib.
Bu hadisə metroya daxil olan və Flarmoniya bağında istirahət edən hər kəsi təəccübləndirib.
Fləşmobun ən gənc iştirakçısı 14 yaşlı Oruc Ələsgərov bildirib ki, Flarmoniya bağında onların bu addımı xoş qarşılayan da , fleşmoba laqeyd yanaşan da olub: "Ən çox diqqətimi çəkən iki alman turist oldu. Onlar bizi görən kimi gülümsədilər və dərhal fotoaparatları ilə şəkillərimizi çəkdilər. Bu bizi çox sevindirdi. Çünki şəhərimizin qonaqları buradan xoş təəssüratla ayrılacaqlar. Lakin bizim öz vətəndaşlarımız bizə tənə ilə yanaşdılar. "Bunlar da özünü göstərir" deyərək yanımızdan ötdülər. Yaşlı insanlar və uşaqlar bizə maraqla baxırdılar".
Onu da qeyd edək ki, gənclər eyni zamanda metro işçisi tərəfindən də xoş olmayan münasibətlə qarşılaşıblar. Gənc iştirakçı deyir ki, onlar bütün oxucuların toplanmasını gözləyərkən metro işçisi onılara narazıçılıq bildirib:" Bura dayanmaq və kitab oxumaq yeri deyil. Ya qatarlara minin,ya da buranı tərk edin".
Gənclər bu fləşmobu tez-tez həyata keçirəcəklərini planlayırlar.


Bakı metrosunda fləşmob... - FOTOLARBakı metrosunda fləşmob... - FOTOLARBakı metrosunda fləşmob... - FOTOLAR

 

Bakı metrosunda fləşmob... - FOTOLAR