Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin imzaladığı Bakı bəyannaməsi, üç ölkənin qanunverici orqanları arasında yeni formatdır və tarixi hadisədir.
Bəyannamənin hərbi-siyasi əhəmiyyətinə gəldikdə, biz bunun 44 günlük Vətən müharibəsində real nəticələrini şahidi olduq. Müharibə dövründə Bakının küçələrində Azərbaycan, Türkiyə bayraqları ilə yanaşı, Pakistan bayraqları da dalğalanırdı. Hər iki dövlət ilk gündən ölkəmizin yanında olduqlarını bəyan etdi. Ermənistanı dəstəkləyən qlobal güclərin neytrallaşdırılmasında mühüm rol oynadı. Bir neçə istiqamətdən gələn təhdidlərin cavabını qətiyyətlə verdilər. Son günlər bizə ,,qəhrəman,, kimi sırınmaq istəyənlərə, Pakistanın Baş Naziri, Azərbaycan xalqının dostu İmran Xanın cavabları tam yerində oldu və heç zaman unudulmayacaqdır. Eyni ilə həmin mövqeni Şərqi Aralıq dənizi ətrafında gedən və regional məsələlərdə Pakistan qardaş Türkiyəyə göstərmişdir.
Pakistan yeganə nüvə silahına malik müsəlman dövlətidir. Beynəlxalq münasibətlər və təhlükəsizlik sistemində xüsusi çəkiyə malikdir. Güclü ordusu, hərbi-sənaye kompleksi mövcuddur.
Türkiyə də həmçinin. Nəinki regional, eyni zamanda qlobal siyasətdə aktiv rol almış, sözünü demiş ölkədir. Türkiyənin Orta Şərqdə, Afrikada, Avropada apardığı siyasət, beynəlxalq hüquqa, ədalətə söykənir. Əzilmiş xalqların müdafiəsinə əsaslanır.
Hər iki ölkə ilə. ölkəmizin hərbi, sənaye strukturları arasında ciddi əməkdaşlıq mövcuddur. Hərbi kadrların hazırlanması, birgə istehsal sahələrinin yaradılması nəzərdə tutulur.
İqtisadi-ticari əməkdaşlıq , elmin, təhsilin, texnologiyaların inkişafı, mədəni əlaqələrin genişləndiriməsi istiqamətində addımlar atılır. Zəngəzur dəhlizi açıldıqdan sonra, Pakistan-Türkiyə nəqliyyat-logistika əməliyyatları daha intensiv xarakter alacaqdır.
Türkiyə və Pakistan kimi iki qüdrətli dövlətin Azərbaycanın yanında olması, gücümüzə qüc qatmaqla, beynəlxalq müstəvidə nüfuzumuzu artırır.
Üş qardaş ölkənin yeni formatda əməkdaşlığı tarixi zərurətdir və Prezident İlham Əliyevin uzaqgörən, düşünülmüş xarici siyasətinin nəticəsidir. Bu əməkdaşlığın daha sıx şəkildə aparılması üçün müvafiq qanunvericilik bazasının yaradılması isiqamətində Azərbaycan Milli Məclisi öz üzərinə düşən vəzifələri vaxtında icra edəcəkdir.
Visiontv.az